Borclunun hesabına (hesablarına) xidmət edən bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı, onun hesabında (hesablarında) pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərini icra etmədikdə, icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən, müvafiq məhkəmə həmin bank və ya digər kredit təşkilatını, elektron pul təşkilatını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edir.
Maddə 83. İcra sənədinin bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı tərəfindən icra olunmamasına görə məsuliyyət
İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver