15.1. Sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərtilə yayımlanır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.
15.2. Sponsor proqramların məzmununa, yerləşdirilməsinə, ictimai yayımçının məsuliyyətinə və müstəqilliyinə təsir göstərə bilməz.
15.3. Sponsorun maliyyə yardımı ilə hazırlanmış proqramlarda sponsorun və ya üçüncü şəxsin mallarının (xidmətlərinin) alğı-satqısına, yaxud icarəsinə təhrikə yol verilməməlidir.
15.4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
15.5. Xəbərlər və müasir siyasi mövzularda hazırlanan proqramlar sponsorluq predmeti ola bilməz.