14.1. İctimai yayım proqramlarında yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların elementlərindən vizual (görüntülü) və (və ya) akustik (səsli) şəkildə fərqlənməlidir.
14.2. Reklamlar proqramların məzmununa, reklamçılar ictimai yayımçının müstəqilliyinə təsir göstərməməlidirlər.
14.3. Müntəzəm olaraq xəbərlər proqramı, yaxud müasir siyasi mövzularda proqram aparan şəxslər televiziya və radio reklamlarında çıxış edə bilməzlər.
14.4. İctimai yayım proqramlarında reklam “Reklam haqqında” və “Media yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanır və yayımlanır.