Qanunvericilik › İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. İctimai yayım xidmətinin maliyyə mənbələri

İctimai televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. İctimai yayım xidməti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

23.1.1. bu Qanımla başqa qayda müəyyənləşdirilməyibsə, abonent haqqından daxilolmalar və dövlət büdcəsindən ayırmalar;

23.1.2. sponsor yardımı;

23.1.3. fiziki və hüquqi şəxslərin ianələri;

23.1.4. reklamdan əldə olunan gəlirlər;

23.1.5. audio və audiovizual proqramların satışından daxilolmalar;

23.1.6. öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər;

23.1.7. konsertlərin və şouların təşkilindən daxilolmalar;

23.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr.

23.2. Bu Qanunun 23.1.1-ci maddəsi qüvvəyə minənədək, digər mənbələrdən əldə edilən gəlirlər də nəzərə alınmaqla, ictimai yayımın məqsədlərinin həyata keçirilməsi, fasiləsiz fəaliyyəti və perspektivli inkişafı üçün dövlət büdcəsindən hər il müvafiq miqdarda maliyyə vəsaiti ayrılır və bu, dövlət büdcəsində ayrıca sətirdə göstərilir.

23.3. Bu Qanunun 23.1.1-ci maddəsi qüvvəyə minəndən sonra da, digər mənbələrdən daxilolmalar nəzərə alınmaqla, dövlət büdcəsindən ayırmalar davam edir.

23.4. Dövlət büdcəsindən maliyyələşmə dövlət hakimiyyəti orqanlarının ictimai yayıma müdaxiləsi üçün əsas ola bilməz.

23.5. İctimai yayım xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən abonent haqqı hesabına maliyyələşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver