24.1. Hər kəsin ictimai yayımçıya öz irad və təkliflərini bildirmək hüququ vardır.
24.2. Baş direktor daxil olmuş irad və təklifləri araşdırır, lazım gəldikdə tədbirlər görür, görülmüş tədbirlərin nəticələri vaxtlı-vaxtında, lakin 3 aydan gec olmayaraq mətbuatda dərc olunur.
24.3. İctimai yayımçı vətəndaşların yalan informasiya verilməsi, şərəf və ləyaqətlərinin alçaldılması, işgüzar mövqelərinə zərər vurulması barədə təkzib, düzəliş və cavab verilməsi tələblərinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əməl edir.
24.4. İctimai yayım zamanı hüququnun pozulması barədə ərizə ilə müraciət edən hər kəs öz vəsaiti hesabına həmin proqramın audio və video surətlərini ala bilər.