Qanunvericilik › İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14-2

Maddə 14-2. Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə tələblərə uyğunluğun təmin edilməsi

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14-2.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsinə, texnoloji avadanlığa və proqram təminatına, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətinə, o cümlədən formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsinə, texnoloji avadanlığa və proqram təminatına dair tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə dövlət orqanlarına (qurumlarına) yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki kömək göstərir.

14-2.2. Bu Qanunun 14-2.1-ci maddəsində qeyd olunan tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət orqanlarına (qurumlarına) göndərdiyi sorğular 5 (beş) iş günündən gec olmayaraq cavablandırılmalıdır.

14-2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirir. Dövlət orqanları (qurumları) qiymətləndirilmənin aparılmasına zəruri şərait yaratmalı, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya sisteminə və ehtiyatına çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etməlidir.

14-2.4. Dövlət orqanları (qurumları) bu Qanunun 14-2.1-ci maddəsində qeyd olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərini yerinə yetirməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver