Qanunvericilik › İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. İİV-ə tibbi müayinənin növləri

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. İİV-ə tibbi müayinənin aşağıdakı növləri müəyyən olunur:

13.1.1. könüllü tibbi müayinə;

13.1.2. mütləq tibbi müayinə;

13.1.3. məcburi tibbi müayinə.

13.2. Könüllü və mütləq tibbi müayinə İİV-ə tibbi müayinə olunan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə keçirilir. Şəxsin hər hansı bir formada gizli surətdə (məlumatlandırılmadan) İİV-ə tibbi müayinəsinin aparılması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver