Qanunvericilik › İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İİV-ə tibbi müayinənin nəticələri barədə məlumatın verilməsi

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.0. İİV-ə tibbi müayinənin nəticələri barədə məlumat konfidensiallıq prinsipinə və testdən sonrakı məsləhətləşmə şərtlərinə əməl edilməklə yalnız aşağıdakı şəxslərə verilir:

12.0.1. müayinə olunan şəxs 16 yaşına çatmışdırsa onun özünə;

12.0.2. müayinə olunan 16 yaşına çatmamış şəxsdirsə onun valideynlərinə və ya qəyyumlarına və yaxud müayinə olunan şəxsin müayinə olunmasına razılıq vermiş qəyyumluq və himayəçilik orqanının səlahiyyətli nümayəndəsinə;

12.0.3. fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin qanuni nümayəndəsinə;

12.0.4. məcburi tibbi müayinə haqqında qərar qəbul etmiş hakimə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver