25.0. Tibb müəssisələri aşağıdakı hallarda pasiyentlərin İİV-ə yoluxmasının qarşısını almaq üçün zəruri şərait yaratmalıdırlar:
25.0.1. qan, qan komponentləri, digər bioloji mayelər, orqan və toxumalar köçürüldükdə;
25.0.2. hər hansı laborator və instrumental müayinələr aparıldıqda;
25.0.3. hər hansı tibbi müdaxilələr, o cümlədən stomatoloji, ginekoloji, cərrahi və digər əməliyyatlar aparıldıqda;
25.0.4. hər hansı kosmetoloji prosedurlar və manipulyasiyalar aparıldıqda.