27.1. İİV-ə yoluxmuş şəxslərə yoluxmada təqsirkar şəxslər tərəfindən vurulmuş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Vurulmuş ziyanın ödənilməsi təqsirkar şəxsləri qanunvericiliklə müəyyən olunmuş digər məsuliyyət növlərindən azad etmir.
27.2. Stasionar tibb müəssisəsində İİV-lə yaşayan 14 yaşınadək uşağı ilə birgə qalan işləyən valideynlərdən birinə və ya uşağa qulluq edən digər şəxsə qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir.
27.3. İİV-lə yaşayan şəxslərin əlilliyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.