Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Paylı investisiya fondunun pay mülkiyyətçilərinin reyestri

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Paylı investisiya fondu haqqında məlumat, o cümlədən satılmış və geri satın alınmış payların ümumi məbləği və dəyəri, pay mülkiyyətçiləri və onlara məxsus payların miqdarı, habelə idarəçi barədə məlumatlar paylı investisiya fondunun pay mülkiyyətçilərinin reyestrində əks olunur.

20.2. Paylı investisiya fondunun pay mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver