30.1. İnvestisiya fondunun aktivlərinin, xalis aktivlərinin, habelə payın cari dəyərinin və səhmin geri satın alınması qiymətinin hesablanması qaydası bu Qanunla və Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktlarla müəyyən edilir.
30.2. İnvestisiya fondları və onların idarəçiləri mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini, vençur kapitalı fondları həmçinin maliyyə hesabatlarının təqdim və dərc edilməsini “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirirlər;