Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. İnvestisiya fondunun fəaliyyəti ilə bağlı mükafatların, xərclərin və xidmət haqlarının ödənilməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. İnvestisiya fondu üzrə idarəçinin mükafat və xərcləri, habelə depozitara, auditora və qiymətləndiriciyə (qiymətləndirici təşkilata) ödənilən xidmət haqları fondun aktivləri hesabına ödənilir. Paylı investisiya fondunu təşkil edən əmlak onun fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranmış borcların ödənilməsinə kifayət etmədiyi halda, həmin borclar üzrə tələblər idarəçinin əmlakına yönəldilə bilər.

31.2. Paylı investisiya fondunun formalaşdırılması müddəti ərzində mükafatlar, xərclər və xidmət haqları idarəçinin hesabına ödənilir. Fondun formalaşdırılması baş tutduqda, ödənilmiş vəsaitlər fondun aktivləri hesabına idarəçiyə qaytarılır.

31.3. İnvestisiya fondunun fəaliyyəti ilə bağlı mükafatların, xərclərin və xidmət haqlarının yuxarı həddi və ödənilməsi qaydası Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlarla müəyyən edilir.

31.4. İnvestisiya fondunun emissiya prospekti (informasiya memorandumu) və ya investisiya bəyannaməsi ilə nəzərdə tutulmamış mükafatların, xərclərin və xidmət haqların ödənilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver