52.1. Səhmdar investisiya fondu və idarəçi investorlarla bağlanmış və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədlərin, o cümlədən elektron daşıyıcılarda olan məlumatların, habelə fəaliyyətlərini əks etdirən digər sənədlərin, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində uçotunu aparmalı və saxlanmasını təmin etməlidirlər.
52.2. Saxlanması tələb olunan sənədlərin siyahısı və onların saxlanma müddətləri arxiv idarələri ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir.