53.1. İnvestisiya fondu və bu fondun idarəçisi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili nəzarət proqramını hazırlayır və tətbiq edir.
53.2. İnvestisiya fondu və bu fondun idarəçisi qanunla müəyyən edilmiş hallarda və qaydada müştəriyə, benefisiar mülkiyyətçiyə və səlahiyyətli nümayəndəyə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, məlumat və sənədlərin saxlanılması tələblərinə əməl etməlidir.
53.3. Bu Qanunun 53.1-ci və 53.2-ci maddələrində qeyd olunan tələblərdən başqa digər tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin digər normativ hüquqi və normativ xarakterli aktlarla müəyyən edilir.