Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və dəyişikliklər edilməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Fondun nizamnaməsi ilə müşahidə şurasının səlahiyyətlərinə aid edilmədikdə, səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və dəyişikliklər səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilir.

9.2. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə müvafiq qərarın qəbul edildiyi gündən 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir.

9.3. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən 10 iş günü ərzində dövlət qeydiyyatına alınır.

9.4. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə edilmiş əlavə və (və ya) dəyişikliklər qanunvericiliyin tələblərinə zidd olduqda və ya səhmdarların hüquqlarını məhdudlaşdırdıqda, Mərkəzi Bank onları dövlət qeydiyyatına almaqdan imtina edir. Bu halda ərizənin daxil olduğu gündən 10 iş günü ərzində səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 2 iş günü ərzində səhmdar investisiya fonduna göndərilir. İmtinadan məhkəmə qaydasında şikayət verilə bilər.

9.5. Səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən 5 iş günü ərzində mediada və səhmdar investisiya fondunun internet səhifəsində (olduqda) açıqlanır və açıqlandığı tarixdən 15 iş günü bitdikdən sonra qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver