8.1. Səhmdar investisiya fondunun investisiya bəyannaməsi fondun təsis yığıncağının qərarı ilə, fond yaradıldıqdan sonra isə fondun nizamnaməsi ilə müşahidə şurasının səlahiyyətlərinə aid edildikdə onun, bu hal olmadıqda isə səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilir.
8.2. Səhmdar investisiya fondunun investisiya bəyannaməsində aşağıdakılar göstərilir:
8.2.1. səhmdar investisiya fondunun, idarəçinin, depozitarın və auditorun tam adı və yerləşdiyi ünvan;
8.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları;
8.2.3. investisiya fondunun buraxdığı səhmlərin yerləşdirilməsi üzrə marketinq və satış strategiyası;
8.2.4. fondun investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri haqqında məlumat;
8.2.5. fondun aktivlərinin diversifikasiyası şərtləri;
8.2.6. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər;
8.2.7. investisiya fəaliyyətinə dair məhdudiyyətlər;
8.2.8. fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və maksimum həcmi;
8.2.9. dividendlərin ödənilməsi qaydası;
8.2.10. fonddan və səhmdarlardan qanunvericiliklə nəzərdə tutulmuş vergilər və onların ödənilməsi qaydası barədə məlumat;
8.2.11. fondun fəaliyyətinə dair məlumatların açıqlanması qaydaları.
8.3. Səhmdar investisiya fondunun investisiya bəyannaməsi onun səhm buraxılışı ilə birgə dövlət qeydiyyatına alınır.
8.5. Səhmdar investisiya fondu qanunvericiliklə müəyyən edilmiş qaydada səhmlərinin emissiya prospekti və ya informasiya memorandumu ilə yanaşı, investisiya bəyannaməsini də dərc etdirməlidir.