Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-10

Maddə 9-10. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun təşkili və fəaliyyəti

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-10.1. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən yaradılır.

9-10.2. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun təsisçilərinin (iştirakçılarının) ümumi sayı əllidən çox ola bilməz.

9-10.3. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu bu Qanunun 9-2-ci və 9-3-cü maddələrinə uyğun olaraq azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər.

9-10.4. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun iştirakçıları (səhmdarları) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver