Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-18

Maddə 9-18. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-18.1. İnvestisiya bəyannaməsi iştirakçıların ümumi yığıncağının qərarı ilə qəbul edilir.

9-18.2. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsində bu Qanunun 9-12.2-ci maddəsində qeyd edilən məlumatlar göstərilir.

9-18.3. İnvestisiya bəyannaməsi ictimaiyyətə açıqlanmır (dərc edilmir), lakin fondun reyestrdə qeydə alınması zamanı Mərkəzi Banka və hər bir investora təqdim edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver