Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-17

Maddə 9-17. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunda idarəetmə

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-17.1. Fondun ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Ümumi yığıncağın səlahiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Ümumi yığıncaq, o cümlədən fondun idarəçisinin (icra orqanının və ya kənar idarəçinin) təyini və azad edilməsi məsələlərini həll edir.

9-17.2. Fondun cari fəaliyyətinə rəhbərlik təkbaşına icra orqanı (direktor) və ya kollegial icra orqanı tərəfindən həyata keçirilir. Fondun idarə edilməsi müqavilə əsasında kənar idarəçiyə verilə bilər.

9-17.3. Təsis sənədlərində nəzərdə tutulduğu halda fondun mənfəəti və zərəri iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib olmayan qaydada bölüşdürülə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver