Qanunvericilik › İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatından imtina və onun dayandırılması

İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:

13.1.1. qeydiyyat üçün təqdim edilən sənədlər tam olmadıqda (bu Qanunun 12.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla);

13.1.2. ipoteka qoyan şəxs həmin əşyaya sərəncam vermək səlahiyyətinə malik olmadıqda və ya bu hüquq qanunvericiliyə müvafiq qaydada məhdudlaşdırıldıqda.

13.2. İpoteka predmeti üzərində hüquqa dair məhkəmə mübahisəsi olduqda mübahisənin həll olunmasına qədər məhkəmənin qərarı əsasında daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı dayandırıla bilər.

13.3. Dövlət qeydiyyatından imtina və ya onun dayandırılması barədə qərar qəbul edildikdə qeydiyyat orqanı qeydiyyat üçün nəzərdə tutulan müddətdən gec olmayaraq imtinanın və ya dayandırılmanın səbəbləri barədə ərizəçiyə yazılı məlumat verməlidir.

13.4. Qeydiyyatdan imtina və ya dayandırılma ilə bağlı hallar aradan qaldırıldıqdan sonra ipoteka dövlət qeydiyyatına alınır.

13.5. İpotekanın dövlət qeydiyyatından əsassız imtina və ya dayandırılma ilə, yaxud ipotekanın qeydiyyatının qanunsuz aparılması ilə əlaqədar olaraq, maraqlı şəxsin inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver