Qanunvericilik › İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Qanunun qüvvəyə minməsi və qüvvədə olma müddəti

İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Bu Qanunun qüvvədə olma müddəti 15 (on beş) ildir və həmin müddətin bitdiyi ilin 31 dekabr tarixində qüvvədən düşür. Bu Qanunun qüvvədə olma müddəti qanunvericiliklə müəyyən olunmuş qaydada uzadıla bilər.

9.2. Podratçı və ya subpodratçıya bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş şəhadətnamə verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyində podratçılar və subpodratçılar üçün bu Qanunla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, bu Qanun tətbiq edilir.

9.3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver