Qanunvericilik › Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Dövlət film fondu. Filmlərin ilkin materiallarının mühafizəsi

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alınan, nümayişinə və yayımına icazə verilən, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, bədii, ictimai-siyasi, elmi, tarixi və praktik əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, o cümlədən müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları və surətlərinin mühafizəsini dövlət film fondu həyata keçirir.

Dövlət film fondu filmlərin, kinosalnamələrin və onların ilkin materiallarının mühafizəsi zamanı müəlliflik və əlaqəli hüquqlara riayət olunmasını təmin edir.

III fəsil

Kİnematoqrafİya sahəsİndə yaradıcılıq fəalİyyətİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver