Əsas məşğulluq növü və gəlir mənbəyi kinematoqrafiya fəaliyyəti olan hər bir şəxs kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçi hesab olunur.
Dövlət kinematoqrafiya sahəsində fəaliyyət göstərən peşəkar yaradıcı işçilərin və kollektivlərin yaradıcılıq azadlığına təminat verir.
Kinematoqrafiya sahəsində birgə səy tələb edən yaradıcılıq işlərini həyata keçirmək üçün peşəkar yaradıcı işçilərin filmin quruluşçu rejissorunun rəhbərliyi ilə fəaliyyət göstərən birliyi peşəkar yaradıcı kollektiv hesab olunur.
Peşəkar yaradıcı işçilər və kollektivlər yaradıcılıq fəaliyyəti sahəsində hüquqların həyata keçirilməsi ilə əlaqədar müstəqil subyektlər kimi çıxış edir, onların hüquqi vəziyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.