Qanunvericilik › Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Maliyyələşdirmə mənbələri

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kinematoqrafiya müəssisələri mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən və xüsusi mülkiyyətçinin vəsaitləri, fiziki və hüquqi şəxslərin könüllü ayırmaları, özlərinin fəaliyyətindən əldə edilmiş gəlirlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödənilir.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilir.

V fəsil

Yekun müddəaları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver