Qanunvericilik › Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Peşəkar yaradıcı işçilərin və kollektivlərin hüquq və vəzifələri

Kinematoqrafiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçilərin və kollektivlərin hüquqları aşağıdakılardır:

yaradıcılıq fəaliyyətinin nəticələrini kinematoqrafiya təcrübəsində qəbul olunmuş vasitə və üsullarla reallaşdırmaq və geniş tamaşaçı kütləsinə çatdırmaq;

yaradıcı ideyanı mühafizə etmək və müvafiq vasitələrlə onu həyata keçirmək;

kinematoqrafiya sahəsində yeni və orijinal istiqamətləri və janrları həyata keçirmək;

milli və dünya kinematoqrafiya sərvətlərindən istifadə etmək;

peşəkar təhsil almaq və ixtisas artırmaq (o cümlədən xarici ölkələrdə);

yaratdıqları əsərlərin taleyini müstəqil həll etmək;

öz təşəbbüsləri ilə kinematoqrafiya müəssisələri, fond və yaradıcılıq ittifaqları, ictimai birliklər təsis etmək (o cümlədən beynəlxalq miqyasda) və həmin qurumlara sərbəst daxil olmaq.

Kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçilərin və kollektivlərin vəzifələri aşağıdakılardır:

kinematoqrafiya sahəsində qanunvericiliyə əməl etmək;

milli kinematoqrafiya və kino incəsənəti irsini, bu sahədə milli ənənələri və xüsusiyyətləri qorumaq və inkişaf etdirmək.

IV fəsil

Kİnematoqrafİya fəalİyyətİnİn malİyyələşdİrİlməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver