12.1. Əqli mülkiyyət obyekti kimi “nou-hau” kommersiya sirri rejimində qorunur.
12.2. “Nou-hau”nun sahibinin aşağıdakı hüquqları vardır:
12.2.1. Qeyri-maddi aktivlərin tərkibinə daxil etməklə “nou-hau”dan şəxsi istehsalatında istifadə etmək;
12.2.2. bu fəsildə nəzərdə tutulmuş qaydada “nou-hau”ya bütün hüquqların və ya hüquqların müəyyən hissəsini müqavilə əsasında digər şəxsə vermək;
12.2.3. bu Qanunda nəzərdə tutulan hallarda “nou-hau”dan istifadə olunmasına görə mükafatlandırılmaq.
12.2.4. “nou-hau” sahibinin hüquqları “nou-hau”nun yaranması və barəsində mühafizə tədbirləri görülməsi faktı ilə meydana çıxır.
“Nou-hau”ya mülkiyyət hüquqlarının verilməsi müəyyən rəsmiləşdirilməni (qeydiyyatdan keçmə, şəhadətnamə alma və s.) tələb etmir.