13.1. “Nou-hau”ya mülkiyyət hüquqları onun sahibi tərəfindən bütövlükdə və ya hissələrlə “nou-hau”dan istifadə hüquqlarının verilməsi haqqında müqaviləyə və ya alqı-satqı müqaviləsinə əsasən digər fiziki və hüquqi şəxslərə verilə bilər.
13.1.1. Yazılı formada bağlanan müqavilədə “nou-hau”nun verilmə qaydası, kommersiya sirri rejiminin müəyyən edilməsi və ona əməl olunması, “nou-hau”nun həcmi və ondan istifadə üsulları, mükafatın həcmi və ödənilmə qaydası, müqavilənin qüvvədə olma müddəti və s. mühüm şərtlər nəzərdə tutulur.
13.2. Fiziki şəxslərin “nou-hau”ya mülkiyyət hüquqları qanunvericiliyə uyğun olaraq vərəsəlik qaydasında keçir.
13.3. Hüquqi şəxs yenidən təşkil olunduqda, “nou-hau”ya hüquqlar hüquq varisliyi əsasında yeni yaranmış hüquqi şəxsə keçir.