Qanunvericilik › Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Mülki-hüquq müqavilələrinin həyata keçirilməsindən yaranan “nou-hau”-ya mülkiyyət hüququ

Kommersiya sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işlərin yerinə yetirilməsi müqavilələrində başqa hallar nəzərdə tutulmadıqda və müqavilə üzrə sifarişçi dövlət hakimiyyəti və yerli (bələdiyyə) orqanı olmadıqda:

15.1.1. mülki-hüquq müqaviləsinin həyata keçirilməsindən yaranan “nou-hau”ya mülkiyyət hüququ sifarişçiyə məxsusdur;

15.1.2. icraçı müqavilənin yerinə yetirilməsindən əldə edilən “nou-hau”dan istehsalatında istifadə etmək hüququna malikdir;

15.1.3. icraçı sifarişçinin yazılı razılığı olmadan göstərilən “nou-hau”nu üçüncü şəxslərə vermək hüququna malik deyil.

15.2. Podrat müqaviləsinin yerinə yetirilməsi zamanı sifarişçi tərəfindən əldə edilən “nou-hau” hüququ müqavilə bağlananadək bu müqavilənin yerinə yetirilməsindən asılı olmayaraq sifarişçi tərəfindən əvəzsiz istifadə hüququnu yaratmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver