14.1. Xidməti tapşırığın yerinə yetirilməsindən yaranan “nou-hau”ya mülkiyyət hüququ işəgötürənlə işçi (“nou-hau”nun müəllifi) arasında bağlanan müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, işəgötürənə məxsusdur.
14.2. İşəgötürən “nou-hau”dan istehsalatında istifadə edərkən işçiyə (“nou-hau”-nun müəllifinə) mükafat verir.
14.2.1. Mükafatın ödənilməsi qaydası və məbləği işçi ilə işəgötürən arasında bağlanan müqavilə ilə tənzimlənir.
14.3. işəgötürən işçi ilə əmək müqaviləsi bağlananadək işçiyə məxsus olan “nou-hau”ya mülkiyyət hüququnu əldə etmir.
14.3.1. Bu halda “nou-hau”ya mülkiyyət hüququnun əldə edilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.