Qanunvericilik › Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Süni qida məhsullarının reklamına qoyulan tələblər

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Qida formulları barədə məlumatlar yalnız elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilə bilər.

10.2. İstehsalçılar və distribütorlar süni qida məhsulları barədə informativ, tədris və elmi xarakterli materialları yazılı, audio, video və digər formada tibb işçilərinə təqdim edə bilərlər.

10.3. Bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulan məlumatlar elmi mətnlərlə məhdudlaşdırılmalı, süni qidalanmanın ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstün olması təsəvvürünü yaratmamalıdır.

10.6. Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır.

10.7. Süni qida məhsullarının qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alındıqda və ya təsdiq olunduqda və idxal olunan məhsullar idxal sağlamlıq aktına malik olduqda həmin məhsulların reklamına icazə verilir. Reklamda idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.

10.8. Süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.

10.9. Süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

10.10. Süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların mənşə sertifikatının, idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, istifadəsinə dair təlimatın, bu təlimatda istifadə qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim edir.

IV fəsil

Tİbb fəalİyyətİ subyektlərİnİn, İstehsalçıların və dİstrİbütorların hüquq və vəzİfələrİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver