Qanunvericilik › Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Tibb fəaliyyəti subyektlərinin hüquq və vəzifələri

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş tibb müəssisələri süni qida məhsullarını ucuz qiymətə almaq, hədiyyə, ianə, humanitar yardım və digər formada qəbul etmək hüququna malikdir.

11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır:

11.2.1. körpələrin eksklüziv qidalandırılmasını müdafiə və təbliğ etmək bu sahədəki qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və yaymaq;

11.2.2. körpənin doğulduğu andan bir gün ərzində ana ilə birgə qalmasını və ilk saat ərzində döşlə əmizdirilməsini təmin etmək;

11.2.3. uşaqların süni qida məhsullarına, yaxud onlara əlavə qida verilməsinə zərurət yarandıqda valideynlərə müvafiq məsləhətlər vermək;

11.2.4. hamilə və uşaq əmizdirən qadınların, eləcə də körpələrin adlarını və ünvanlarını süni qida məhsullarının istehsalçısı və distribütorlarına verməmək;

11.2.5. bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri istisna olmaqla, süni qida məhsullarının istehsalçısı və distribütorları tərəfindən nümunə, hədiyyə, ianə və digşər formada təklif olunan süni qida məhsullarını almamaq;

11.2.6. uşaqların qidalandırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək;

11.2.7. insanın immunçatışmazlığı virusu ilə yaşayan hamilə qadınları yeni doğulmuş uşaqları ana südünün əvəzediciləri ilə qidalandırmanın zəruriliyi barədə elmi cəhətdən təsdiq olunmuş məlumatlarla təmin etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver