Qanunvericilik › Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İstehsalçılara və distribütorlara şamil edilən məhdudiyyətlər

Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.0. İstehsalçılar və distribütorlara şamil edilən məhdudiyyətlər aşağıdakılardır:

12.0.1. uşaqların qidalanması ilə bağlı elmi-tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirmək;

12.0.2. səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq etmək;

12.0.3. tibb müəssisələrinə uşaqlar üçün nəzərdə tutulmuş süni qida məhsulları ilə bağlı reklam xarakterli materiallar vermək;

12.0.4. süni qida məhsullarının satışını artırman məqsədi ilə tibb işçilərini və onların ailə üzvlərini və ya digər formada həvəsləndirmək;

12.0.5. süni qida məhsulları ilə bağlı bu Qanunun 10.1-ci maddəsində göstərilən materialları hamilə qadınlar və analar arasında yaymaq.

V fəsil

Yekun müddəaları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver