Qanunvericilik › Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Reyestr

Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Mərkəzi Bank operatorların ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə operatorun adı, hüquqi ünvanı, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin adları, reyestrə daxil edilmə nömrəsi və tarixi, platformanın fəaliyyətinin dayandırılması, habelə reyestrdən çıxarılmış operatorlar barədə məlumatlar daxil edilir.

20.2. Operator reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 5 (beş) iş günü ərzində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda baş vermiş dəyişiklik qeyd olunmalı və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təqdim edilən sənədlərdə çatışmazlıqlar olmadıqda Mərkəzi Bank 2 (iki) iş günü ərzində reyestrdə müvafiq dəyişikliklər edir, çatışmazlıqlar aşkar etdikdə isə bu barədə 2 (iki) iş günü ərzində müraciət edənə yazılı məlumat verir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin dəyişikliklər 2 (iki) iş günü ərzində reyestrə daxil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver