Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Keçid müddəaları

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Kredit təşkilatlarının borcalanları barədə mərkəzləşdirilmiş kredit reyestrində olan bütün məlumatlar bu Qanunun qüvvəyə mindiyi gündən üç il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz verilir.

23.2. Bu Qanunun 23.1-ci maddəsinə uyğun olaraq kredit bürosuna verilmiş məlumatlarda sonrakı dəyişikliklər barədə məlumat kredit təşkilatları tərəfindən bu Qanunla müəyyən edilmiş qaydada ( məlumat verilərkən kredit tarixçəsi subyektinin razılığı alınmadan) həmin kredit bürosuna verilməlidir.

23.3. Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi aşağıdakı qaydada dayandırılır:

23.3.1. məlumat istifadəçilərinə – 2018-ci il aprelin 1-dən;

23.3.2. kredit bürolarına – bu Qanunun 23.1-ci maddəsində göstərilmiş müddət bitdiyi gündən (müvafiq icra hakimiyyəti orqanının qərarı ilə kredit bürolarına məlumatın verilməsi bərpa edilir və yenidən dayandırılır).

23.3-1. Kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver