Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Məsuliyyət

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Kredit bürosu bu Qanunun 5.8-ci maddəsinə uyğun olaraq müvafiq məlumatı tam şəkildə və vaxtında Mərkəzi Banka təqdim etmədikdə, 18.5-ci maddəsinə uyğun olaraq kredit hesabatını müvafiq qeydsiz verdikdə, 12.4.6-cı və 13.3.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kredit tarixçəsi subyektinin razılığının alınması faktının məlumat təchizatçısı və istifadəçisi tərəfindən təsdiq edilib-edilmədiyini yoxlamadan məlumatı kredit tarixçəsinə daxil etdikdə və kredit hesabatını verdikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

22.2. Kredit bürosu və onun əməkdaşları kredit tarixçəsini təşkil edən məlumatın qanunsuz istifadə edilməsinə və açıqlamasına, habelə məlumat təchizatçılarından daxil olmuş məlumatın təhrif edilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

22.3. Kredit bürosu məlumat təchizatçısının kredit bürosuna verdiyi məlumatın yanlış olması nəticəsində kredit tarixçəsinin subyektinə dəyən zərərə görə məsuliyyət daşımır (bu Qanunun 18.5-ci maddəsinə nəzərdə tutulmuş vəzifəni yerinə yetirdiyi halda).

22.4. Məlumat təchizatçısı və istifadəçisi bu Qanunla tələb olunan kredit tarixçəsi subyektinin razılığını almadan onun barəsində məlumatı kredit bürosuna verdikdə və ya kredit hesabatı aldıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

22.5. Məlumat təchizatçıları aidiyyəti məlumatı vaxtında yeniləmədikdə və ya düzgün olmayan məlumatı kredit bürosuna təqdim etdikdə, həmçinin bu Qanunun 17.5-ci maddəsinə nəzərdə tutulmuş məlumat təchizatçıları aidiyyəti məlumatı müvafiq qaydada EHİS-də yerləşdirmədikdə və ya vaxtında yeniləmədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

22.6. Bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan kredit təşkilatları bu Qanunun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etmədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

* (22.6-cı maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver