3.1. Kredit bürolarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, digər normativ hüquqi aktlar, Mərkəzi Bankın normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
3.2. Ələt azad iqtisadi zonasında kredit büroları sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.