1. Kredit İttifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
1.1. üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
1.2. üzvlüyün könüllülüyü;
1.3. fəaliyyətinin aşkarlığı;
1.4. şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
1.5. payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;
1.6. Kredit İttifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
1.7. əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
1.8. fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.
2. Kredit ittifaqının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.