Qanunvericilik › Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Kredit İttifaqının hüquqları və vəzifələri

Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kredit İttifaqının aşağıdakı hüquqları vardır:

1.1 banklardan, beynəlxalq və xarici maliyyə - kredit qurumlarından kredit, qrant almaq;

1.2. öz üzvlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla nizamnamədə göstərilən qaydada kreditlər vermək;

1.3. sərbəst pul vəsaitini banklara depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasını sərf etmək.

2. Kredit ittifaqları Azərbaycan Respublikasının vergi və digər qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver