Qanunvericilik › Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Dövlət və kredit İttifaqları

Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Dövlət kredit ittifaqlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər görür.

2. Təsis yığıncağından sonra Kredit İttifaqı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirilir.

3. Kredit İttifaqı qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadıqda o, təsis edilməmiş hesab olunur və paylar 15 gün ərzində geri qaytarılır.

4. Kredit İttifaqı dövlət qeydiyyatına alınmadıqda təsisçilər məhkəməyə müraciət edə bilər. Bu halda payların geri qaytarılma müddəti məhkəmənin qərarına qədər uzadıla bilər.

5. Dövlət Kredit İttifaqının öhdəliklərinə, Kredit İttifaqı isə dövlətin öhdəliklərinə cavabdeh deyildir.

6. Dövlət Kredit İttifaqlarının və onun üzvlərinin qanuni hüquqlarının və mənafelərinin müdafiəsinə təminat verir.

7. Kredit İttifaqına dövlət hakimiyyəti orqanlarının hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər həmin orqanlar tərəfindən ödənilir.

8. Kredit İttifaqı bu Qanunun 4-cü maddəsinə uyğun olaraq kreditlərin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankından (bundan sonra ‒ Mərkəzi Bank) lisenziya almalıdır.

9. Mərkəzi Bank lisenziya verməkdən imtina etdikdə, onu əsaslandırmalıdır. Lisenziya verilməsindən imtinaya, təsisçilərin ərizəsinə əsasən məhkəmədə baxıla bilər.

10. Mərkəzi Bank Kredit İttifaqına iqtisadi tənzimləmə normativləri və idarə heyəti üzvlərinin peşə yararlığına dair tələblər müəyyən edə və sanksiyalar tətbiq edə bilər:

10.1. aşkar olunmuş pozuntuların aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini tələb etmək;

10.2. lisenziyanı dayandırmaq və ya ləğv etmək.

11. Kredit ittifaqlarının fəaliyyəti üzərində nəzarət tədbirləri, o cümlədən aparılan yoxlamalar Mərkəzi Bank tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

12. Kredit ittifaqları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver