Qanunvericilik › Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Kredit İttifaqına üzvlük

Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kredit İttifaqı təsisçilərinin sayı 11-dən az olmamalıdır. Üzvlərin sayı azaldıqda Kredit İttifaqı 10 gün müddətində Mərkəzi Banka məlumat verməklə ən geci üç ay ərzində üzvlərin sayını 11-ə çatdırmalıdır. Bu müddətdə minimum say bərpa olunmazsa lisenziya geri alınır.

2. Kredit İttifaqı qeydiyyatdan keçdikdən sonra ona yeni üzvlərin qəbulu bu Qanunda müəyyən olunmuş qaydada aparılır.

3. Kredit İttifaqının üzvü olmaq istəyən şəxs Kredit İttifaqının idarə heyətinə ərizə ilə müraciət edir və nizamnaməyə əməl edəcəyini öhdəsinə götürür. İdarə heyətinin qərarından sonra ərizə verən şəxs üzv hesab olunur.

4. Kredit İttifaqının üzvünə onun üzvlüyünü və payının həcmini təsdiq edən sənəd verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver