Qanunvericilik › Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Kredit ittifaqı üzvlərinin hüquqları, vəzifələri və məsuliyyəti

Kredit ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kredit İttifaqının üzvü aşağıdakı hüquqlara malikdir:

1.1. Kredit İttifaqının xidmətlərindən istifadə etmək;

1.2. Kredit İttifaqının iclasında, idarə edilməsində iştirak etmək, onun idarəetmə və nəzarət orqanlarına seçilmək və seçmək;

1.3. Kredit İttifaqının Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla nizamnaməsində nəzərdə tutulan şərtlərə və qaydalara uyğun kredit almaq;

1.4. öz payını Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nizamnamədə nəzərdə tutulmuş qaydada özgəninkiləşdirmək;

1.5. Kredit İttifaqının vəzifəli şəxslərindən ittifaqın fəaliyyəti haqqında lazımi informasiya almaq;

1.6. nizamnamədə nəzərdə tutulmuş qaydada öz payını son haqq-hesabla birlikdə geri almaq və üzvlükdən çıxmaq;

1.7. nizamnamədə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;

1.8. ümumi yığıncağın və idarə heyətinin qərarından məhkəməyə şikayət etmək;

2. Kredit İttifaqı üzvünün vəzifələri aşağıdakılardır:

2.1. payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək;

2.2. nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş tələblərə və qaydalara riayət etmək;

2.3. kredit alarkən onun məqsədli təyinatı haqqında dürüst məlumat vermək;

2.4. aldığı borcu vaxtında və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla müqavilə şərtlərinə müvafiq qaytarmaq;

2.5. Kredit İttifaqının idarəetmə və nəzarət orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarı yerinə yetirmək;

2.6. başqa Kredit İttifaqının üzvü olmamaq.

3. Kredit İttifaqı üzvlərinin məsuliyyəti:

3.1. Kredit İttifaqı öz öhdəliklərinə malik olduğu əmlak hədlərində məsuliyyət daşıyır və öz üzvlərinin Kredit İttifaqının fəaliyyəti ilə əlaqədar olmayan öhdəliklərinə görə məsuliyyət daşımır. Kredit İttifaqının üzvləri Kredit İttifaqı qarşısında öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver