Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir:
müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi;
məşğulluğun təmin edilməsi;
sosial təminat;
tibbi təminat;
təhsil hüququnun təmin edilməsi;
nəqliyyat və mənzil-kommunal və digər güzəştləri;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köçkünlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.