13.0. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin məlumat və maarifləndirmə təminatı aşağıdakı istiqamətlərdə həyata keçirilir:
13.0.1. mədəni bitkilərin genetik ehtiyatları üzrə milli informasiya mübadiləsi sisteminin yaradılması və beynəlxalq sistemlərə inteqrasiyası;
13.0.2. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendlərinin beynəlxalq miqyasda təbliği;
13.0.3. kənd təsərrüfatı və digər məhsul istehsalçılarının əkin sahələrində, fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə, şəxsi təsərrüfat və bağlarda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə yönələn proqramların hazırlanması;
13.0.4. əhalinin ərzaq təminatı və rifahının yaxşılaşdırılmasında aqrofitomüxtəlifliyin əhəmiyyəti barədə materialların çap edilərək yayılması, müxtəlif tədbirlərin (seminar, konfrans, görüşlər və s.) keçirilməsi;
13.0.5. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair mediada, o cümlədən televiziya və radio kanallarında mütəmadi olaraq müvafiq proqramların yayımlanması;
13.0.6. orta və ali təhsil müəssisələrinin tədris proqramlarında və dərsliklərdə bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi barədə geniş məlumatların əks olunması.