Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Hakimlərin Seçki Komitəsi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə namizədlərin seçkisini həyata keçirmək məqsədi ilə 11 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Seçki Komitəsini formalaşdırır:

14.1.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin iki hakimi;

14.1.2. apelyasiya instansiyası məhkəmələrinin dörd hakimi;

14.1.3. Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi;

14.1.4. Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndəsi;

14.1.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi;

14.1.7. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü;

14.1.8. hüquqşünas alim.

14.1-1. Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.

14.2. Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü eyni zamanda Hakimlərin Seçki Komitəsinin üzvü ola bilməz.

14.3. Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsinə namizədlərin sənədlərini toplayır, bu şəxslər üçün şəffaf surətdə test imtahanı, yazılı imtahan və müsahibə təşkil edir.

14.4. Hakimlərin Seçki Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş təminatlar Hakimlərin Seçki Komitəsinin üzvlərinə də şamil olunur.

14.5. Hakimlərin Seçki Komitəsinin qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində Məhkəmə-Hüquq Şurasına şikayət verilə bilər. Şikayətə daxil olduğu gündən 1 ay müddətində Məhkəmə-Hüquq Şurasının iclasında baxılır və Komitənin qərarı qüvvədə saxlanılır, ləğv olunur və ya ona dəyişiklik edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver