13-1.1. Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırır:
13-1.1.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi;
13-1.1.2. apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
13-1.1.3. birinci instansiya məhkəmələrinin üç hakimi.
13-1.2. Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz.
13-1.3. Hakimlərin Qiymətləndirilməsi Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.
13-1.4. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.