Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Hakim vəzifəsinə təyin edilmə haqqında təqdimat

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.0. Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifəsinə seçilmiş namizədlərin hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir. Vakant hakim vəzifəsinə təyin edilmə haqqında təqdimatda namizəd barəsində aşağıdakı məlumatlar göstərilir:

16.0.1. adı, soyadı, atasının adı;

16.0.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;

16.0.3. test imtahanı, yazılı imtahan və müsahibənin nəticələri;

16.0.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy;

16.0.5. təyin edilməsi təklif olunan vəzifə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver