Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Məhkəmə-Hüquq Şurasının qərarları

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Məhkəmə-Hüquq Şurası baxılan məsələlər üzrə qərarlar qəbul edir.

17.2. Məhkəmə-Hüquq Şurasının qərarları açıq səsvermə yolu ilə, bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla iclasda iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edən axırıncı səs verir. Səslər bərabər olduqda Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edənin səsi həlledici hesab olunur.

17.3. İntizam icraatı üzrə qərar qəbul edilərkən səsvermədə məruzəçi hakim istisna olmaqla Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər.

17.4. Hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının təmin və ya rədd edilməsi haqqında qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər. Məhkəmə-Hüquq Şurasının bu məsələ üzrə qəbul edilən qərarı qətidir.

17.5. Məhkəmə-Hüquq Şurası üzvünün xüsusi rəyi olduqda həmin rəy qərara əlavə edilir.

17.6. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə qərarları qüvvəyə mindikdən sonra bir ay ərzində dərc edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver