Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Hakimlər “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsaslar olduqda intizam məsuliyyətinə cəlb edilirlər.

19.2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hakimlər barəsində intizam icraatı Məhkəmə-Hüquq Şurasının öz təşəbbüsü ilə və ya həmin Qanunun 112-ci maddəsinin birinci hissəsində göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası tərəfindən başlanıla bilər.

19.3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmin qanunda göstərilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda səlahiyyətli şəxslər intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidirlər.

19.4. Məhkəmə-Hüquq Şurası intizam icraatının başlanmasına dair müraciətə üç ay müddətində baxır və intizam icraatının başlanılması və ya belə icraatın başlanılması barədə müraciətin təmin edilməməsi haqqında qərar qəbul edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver