Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Məhkəmə-Hüquq Şurasının qərarlarından şikayət verilməsi

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Hakim və ya hakim vəzifəsinə namizəd Məhkəmə Hüquq-Şurası tərəfindən onun barəsində qəbul edilmiş qərarlardan, o cümlədən intizam icraatı üzrə qərarlardan (bu qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş qərarlar istisna olmaqla) həmin qərarlar hakimə və ya hakim vəzifəsinə namizədə təqdim edildiyi gündən iyirmi gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hüquqi məsələlər üzrə qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər.

18.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu üç ay müddətində şikayətə baxıb Məhkəmə-Hüquq Şurasının qərarını qüvvədə saxlayır, ləğv edir və ya ona dəyişikliklər edir və öz qərarını Məhkəmə-Hüquq Şurasına təqdim edir.

18.3. Məhkəmə-Hüquq Şurasının qərarından şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı qətidir.

18.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Məhkəmə-Hüquq Şurasının qərarlarından şikayətlərə plenumun ümumi iş qaydasında baxır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver